İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Ukrayna ilə bağlı bir gündə 3 mühüm addım: On milyardlarla dollarlıq hərbi və maliyyə yardımı...

İyulun sonuncu günündə ABŞ-da Ukraynaya yardım və hərbi təminatla bağlı bir neçə mühüm təşəbbüslər göstərilib. Belə ki, ABŞ Senatının Təhsisatlar Komitəsi Ukraynaya təhlükəsizlik üçün 800 milyon dollar yardım ayıran qanun layihəsini təsdiqləyib.

Musavat.com xəbər verir ki, məlumatı "The Hill" yayıb.

Bildirilir ki, Ukraynaya yardım ABŞ-ın 2026-cı maliyyə ili üçün 852,45 milyard dollar məbləğində müdafiə xərclərinə dair qanun layihəsinə daxildir.

Layihə komitə tərəfindən 26 lehinə, 3 əleyhinə olmaqla təsdiq edilib. Qanun layihəsində Ukraynaya təhlükəsizliklə bağlı 800 milyon dollar, Baltikyanı ölkələrə isə 225 milyon dollar təhlükəsizlik yardımı daxildir.

Qeyd olunur ki, layihənin qəbulunda senatorlar Mitch McConnell və Chris Coons israrlı olublar. Bundan əvvəl Coons jurnalistlərə bildirib ki, Baltikyanı ölkələr üçün maliyyə böyük ehtimalla bu ölkələrə Ukraynaya dəstək üçün gedəcək və Kiyev üçün ümumi məbləğ 1 milyard dollar olacaq.

Bundan əlavə, New York Times yazır ABŞ senatorları - demokrat Ceyn Şahenn və respublikaçı Lisa Murkovski Senata növbəti iki il ərzində Ukraynaya 54,6 milyard dollar yardım ayrılması haqqında qanun layihəsi təqdim ediblər. Layihəyə əsasən yardımın üçdə birinə qədəri müsadirə edilmiş Rusiya aktivlərindən və Avropalı müttəfiqlərə silah satışından əldə edilən gəlirlər hesabına maliyyələşdiriləcək.

Bundan əlavə, qanun layihəsi ABŞ-ın Kiyevin silahlarına çəkdiyi xərclərin əvəzinin ödənilməsi üçün Vaşinqton və Kiyev arasında faydalı qazıntılara dair bu yaxınlarda bağlanmış saziş çərçivəsində Ukraynanın təbii sərvətlərindən əldə edilən gəlirlərdən istifadə etməyə icazə verir.

Qeyd olunur ki, maliyyənin böyük hissəsi Ukraynaya verilən köhnə sistemləri əvəz edəcək yeni silahların alınmasına yönəldiləcək.

Qanun layihəsi həm də prezidentin Konqreslə məsləhətləşmədən Ukraynaya silah satışını birtərəfli qaydada təsdiqləmək imkanını əhəmiyyətli dərəcədə genişləndirəcək. Belə səlahiyyətlərin tavanı 2026 və 2027-ci illərdə indiki 100 milyon dollardan hər il 6 milyard dollara qədər artırılacaq.

Ukrayna ilə bağlı digər mühüm addımı ABŞ Müdafiə Nazirliyi atıb. Nazirlik Raytheon şirkəti ilə orta mənzilli “hava-hava” tipli AMRAAM raketlərinin istehsalına dair 3,5 milyard dollarlıq nəhəng müqavilə imzalayıb. Müqaviləyə əsasən raketlər Yaponiya, Kanada, Almaniya, Böyük Britaniya və Ukrayna da daxil olmaqla bir neçə ölkəyə çatdırılacaq.

Bildirilir ki, müqavilə “30 ildən artıqdır ki, əsas hava üstünlüyü silahı olan, döyüşdə sübut edilmiş AMRAAM raketinə qlobal tələbatın davam etdiyini” göstərir. Mətbuatda yayılan məlumatlara görə, AMRAAM sistemi hazırda 14 platforma ilə inteqrasiya olunub və dünyanın 44 ölkəsində hava-hava və yer-hava əməliyyatlarında yüksək effektivlik nümayiş etdirərək istifadə olunur. Aktiv münaqişə zonalarında sübut edilmiş imkanları onun ABŞ və müttəfiq müdafiə qüvvələri üçün strateji əhəmiyyətini artırır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR