Onlayn ictimai-siyasi qəzet
Amerikan Birləşmiş Ştatlarının Şimali Karolina ştatında bir nəfər Sautportda yaxta klubunun restoranına atəş açıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, nəticədə 3 nəfər ölüb, daha 4 nəfər yaralanıb.
BNO News-un məlumatına görə, atəş açan şəxs qayıqda olub və yaxta klubunda restorana gələnlərə atəş açıb. Hücumdan sonra o, hadisə yerindən uzaqlaşıb.
Daha sonra səlahiyyətlilər hücumçunun saxlanıldığını bildiriblər. Onun kimliyi və motivləri hələ açıqlanmayıb.
Hücum nəticəsində daha 4 nəfər yaralanaraq xəstəxanaya göndərilib.
Musavat.com
28 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ