İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə DƏHŞƏTLİ QƏZA - Ölənlər var

Mersinin Tarsus rayonunda ağır yol qəzası baş verib.

Musavat.com xəbər verir ki, kənd təsərrüfatında çalışan işçiləri aparan mikroavtobus yüksək sürətlə hərəkətdə olan yük maşınına çırpılıb.

Qəza nəticəsində 3 nəfər həyatını itirib, 16 sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə dərhal polis, təcili yardım və xilasedicilər göndərilib. Yaralılar ilkin tibbi yardım aldıqdan sonra xəstəxanalara yerləşdiriliblər.

Qəzanın dəqiq səbəbləri barədə rəsmi açıqlama verilməyib, məsələ ilə bağlı araşdırmalar davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR