İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da daha bir SKANDAL: O da seksual istismarda ittiham olundu

ABŞ-da maliyyə dünyasını sarsıdan yeni skandal üzə çıxıb. Soros Wealth Management fondunun keçmiş əməkdaşı, 70 yaşlı milyoner Havard Rubin seksual istismarla bağlı ittiham olunur. ABŞ ədliyyə Nazirliyinin məlumatına görə, Rubin BDSM aktlarında razılıq çərçivəsini aşmaqda günahlandırılır və bu ittiham onu ömürlük həbs cəzası ilə üz-üzə qoyur.

Musavat.com xəbər verir ki, Rubinə qarşı ilk iddia 2017-ci ildə Playboy jurnalı modelləri tərəfindən irəli sürülüb. Onlar Rubini fiziki zorakılıqda ittiham edərək vətəndaş iddiası qaldırmışdılar.

photo_2025-09-28_01-08-19.jpg (214 KB)

Daha sonra 2022-ci ildə vətəndaş münsifləri onu insan alveri və seksual istismar məqsədilə günahkar bilib. Münsiflər Rubinə altı qadına ümumilikdə 3,8 milyon ABŞ dolları məbləğində kompensasiya ödəməyə məcbur ediblər.

Qeyd edilib ki, bu iş ABŞ-da maliyyə və elit dairələrdə cinsi istismar halları ilə bağlı ictimaiyyətin diqqətini yenidən cəlb edə bilər.

Rubin və onun tərəfdarları isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2025

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR