Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı 2026-cı ilin ölkəsi üçün tarixi önəm daşıyacağını bəyan edib.
Musavat.com-un məlumatına görə Paşinyan bildirib ki, 2026-cı ilin mayında Ermənistanda Avropa Siyasi Birliyinin 8-ci sammiti keçiriləcək. O, təşkilata üzv bütün ölkələrin liderlərini bu tədbirdə iştiraka dəvət edib.
Bundan əlavə, 2026-cı il 18–30 oktyabr tarixlərində BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının (COP-17) Ermənistanda keçiriləcəyi elan olunub. Paşinyan bu tədbirə də bütün dünya liderlərini dəvət etdiyini vurğulayıb.
Avropa İttifaqına inteqrasiya məsələsinə də toxunan Paşinyan qeyd edib:
“Ermənistan Aİ standartlarına uyğunlaşanda bizi qəbul etsələr — yaxşı, qəbul etməsələr də bir problemi həll etmiş olacağıq: Ermənistan müasir, qabaqcıl, standartlara cavab verən ölkəyə çevriləcək".
Musavat.com
28 Sentyabr 2025
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ