Onlayn ictimai-siyasi qəzet
Finlandiya və İsveç Rusiyayla sərhəd yaxınlığında birgə hərbi briqada formalaşdırıblar.
Musavat.com xəbər verir ki, “Iltalehti” nəşri NATO-dakı mənbələrə istinadən bildirib ki, 5 min nəfərlik birləşmə Finlandiyanın Laplandiya bölgəsində yerləşdiriləcək.
Briqadanın tərkibinə Norveç və Danimarkadan olan hərbçilər də daxildir. Əraziyə artıq silah-sursat yerləşdirilib, o cümlədən “Archer” özüyeriyən haubitsaları da döyüşə hazır vəziyyətdədir. Münaqişə baş verəcəyi təqdirdə briqadanın havadan müdafiəsini Böyük Britaniyanın “Eurofighter”, “F-35” qırıcıları və “Apache” helikopterləri təmin edəcək.
Musavat.com
28 Sentyabr 2025
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ