Onlayn ictimai-siyasi qəzet
İranın prezidenti Məsud Pezeşkian bəyan edib ki, Tehran “evroüçlük” – Böyük Britaniya, Almaniya və Fransa ilə nüvə proqramı üzrə razılaşmaya çox yaxın idi. Lakin ABŞ nümayəndələri ilə təmaslardan sonra Avropa tərəfinin mövqeyi dəyişib və proses dayanıb.
Musavat.com xəbər verir ki, Pezeşkianın sözlərinə görə, bu addım İranla nüvə sazişinin əldə olunmasını əngəlləyib.
Qeyd edək ki, bundan öncə BMT Təhlükəsizlik Şurası Rusiya və Çin tərəfindən irəli sürülən, İrana tətbiq edilən sanksiyaların ləğvi müqabilində nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan qətnamənin müddətinin uzadılması layihəsini rədd etmişdi.
Musavat.com
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ