Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasındakı çıxışında ölkəsinin diplomatik əlaqələr sahəsində mühüm addım atdığını açıqlayıb.
Musavat.com xəbər verir ki, o, Ermənistanın artıq Pakistan və Səudiyyə Ərəbistanı ilə rəsmi diplomatik münasibətlər qurduğunu vurğulayıb və bunu regional siyasətdə yeni mərhələ adlandırıb.
Paşinyan həmçinin qeyd edib ki, son illər Ermənistanla Türkiyə arasında görünməmiş dərəcədə pozitiv dialoq formalaşıb:
“Prezident Ərdoğanla görüşlərim mütəmadi xarakter daşıyır, etimad səviyyəsi isə davamlı olaraq artır”.
Musavat.com
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ