Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “məlumatlı mənbələrə” istinadən İrana qarşı yeni zərbələr təhlükəsi barədə xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, Lavrov bunu BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakından sonra mətbuat konfransında jurnalistlərə deyib: “Sizin vaxtaşırı yazdığınız və politoloqların qeyd etdikləri odur ki, İrana qarşı yeni zərbələr təhlükəsi hələ də qalmaqdadır və bəzi məlumatlı mənbələrin bildirdiyinə görə, hətta praktiki baxımdan da müzakirə olunur”.
Lavrovun sözlərinə görə, bütün bunlar həm hərbi təhdid, həm də İranı iqtisadi cəhətdən boğmaq tədbirləri ilə sinxronlaşdırılıb. Onun fikrincə, "bu, kədərlidir": "Bu, yalnız bir şey deməkdir: Qərb ölkələrinin, bizim dediyimiz kimi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymaması. İstər İran, Kosovo, istərsə də Ukrayna üzrə Minsk razılaşmaları - buna bənzər saysız-hesabsız nümunələr var".
Musavat.com
28 Sentyabr 2025
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ