Onlayn ictimai-siyasi qəzet
NATO Danimarkada dronlarla bağlı insidentlərdən sonra Baltik dənizində hərbi iştirakını artıracaq.
Musavat.com xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, alyans bölgəyə əlavə qüvvələr göndərəcək. Yeni qüvvələrin tərkibinə kəşfiyyat, müşahidə və identifikasiya platformaları, eləcə də ən azı bir hava hücumundan müdafiə freqatı daxil olacaq.
Bu tədbirlər yanvar ayında kritik infrastrukturun, o cümlədən sualtı kabellərin, telekommunikasiya xətlərinin və qaz kəmərlərinin qorunması məqsədilə başlanan “Baltic Sentry” (“Baltik mühafizəçisi”) missiyasını gücləndirəcək.
Paralel olaraq NATO “Eastern Sentry” (“Şərq mühafizəçisi”) missiyasını da həyata keçirir. Bu missiya Polşa və Estoniya hava məkanına Rusiyaya məxsus təyyarə və dronların daxil olması ilə bağlı təhlükələrə cavab olaraq Avropanın şərq cinahını qorumağa yönəlib.
Musavat.com
28 Sentyabr 2025
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ