İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana qarşı BMT sanksiyaları bərpa olundu  

Bu gecədən etibarən BMT-nin İrana qarşı genişmiqyaslı sanksiyaları son on ildə ilk dəfə olaraq bərpa edilib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, buna səbəb nüvə danışıqlarının uğursuzluğu olub.

Nəticədə BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi silah embarqosu və digər sanksiyalar ötən gecə Bakı vaxtı ilə saat 04.00-da bərpa olundu. Sanksiyalar İranın nüvə və ballistik raket proqramları ilə bağlı əməliyyatları qadağan edir. Eyni zamanda İran neftinin ixrac həcminə məhdudiyyət tətbiq olunur.

ABŞ Dövlət Departamenti İrana qarşı sanksiyaların bərpası ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Vaşinqton hələ də İranın nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlməyə ümid edir: "ABŞ prezidenti Donald Tramp açıq şəkildə bildirdi ki, diplomatiya bir seçim olaraq qalır - razılaşma həm İran xalqı, həm də dünya üçün ən yaxşı nəticə olaraq qalır. Bunun baş verməsi üçün İran gecikmədən və ya uzatmadan xoş niyyətlə aparılan birbaşa danışıqlara razı olmalıdır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR