Onlayn ictimai-siyasi qəzet
ABŞ-da 72 senator Rusiyanın sülh danışıqlarından imtina etməsi halında ona qarşı sərt sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə təşəbbüsün müəlliflərindən biri, respublikaçı senator Lindsi Qrem məlumat verib.
Qrem sözügedən qanun layihəsini “sarsıdıcı” adlandırıb və onun əsas müddəalarını ictimaiyyətə təqdim edib. Layihəyə əsasən:
Rusiya nefti, neft məhsulları, təbii qazı və ya uranı idxal edən ölkələrə qarşı 500 faizlik tariflər tətbiq olunacaq;
ABŞ banklarına Rusiya hökuməti ilə əlaqəli qurumlara investisiya yatırmaq qadağan ediləcək;
ABŞ vətəndaşlarına Rusiya dövlət istiqrazlarını almaq yasaqlanacaq.
Senator Qrem bildirib ki, bu tədbirlər Moskva üzərində siyasi təzyiqi artırmaq və onu sülh danışıqlarına məcbur etmək məqsədi daşıyır.
Musavat.com
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ