İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ geri çəkilir, Kiyev hücuma keçir: Ukrayna Aİ-dən Rusiyaya qarşı daha sərt sanksiyalar tələb edir  


Ukrayna Avropa İttifaqını Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməyə çağırır. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Musavat.com xəbər verir ki, Kiyev ABŞ-ın sanksiyalar mövzusunda geri çəkildiyi bir vaxtda, xüsusilə enerji sektoruna yönəlmiş ikinci dərəcəli sanksiyaların tətbiqini tələb edir.

Təklif olunan tədbirlər arasında Rusiya neftinin alıcılarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi, Rusiyaya məxsus aktivlərin müsadirəsi, eləcə də Avropa texnologiyalarından istifadə edərək Rusiyaya xidmət göstərən xarici şirkətlərə qarşı məhdudiyyətlər yer alır.

"Reuters" qeyd edir ki, bu cür sanksiyalar Hindistan və Çin kimi Rusiyanın əsas neft idxalçılarını da hədəfə ala bilər. Bu isə qlobal enerji bazarına ciddi təsirlər göstərə və beynəlxalq ticarət münasibətlərində yeni gərginliklər yarada bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR