Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi ABŞ-ın bəzi məhsulların idxalına qarşı tətbiq etdiyi 25 faizlik gömrük rüsumlarına münasibət bildirib.
Musavat.com xəbər verir ki, rəsmi açıqlamada bu rüsumların Qazaxıstanın ABŞ-a ixrac etdiyi məhsulların təxminən 95 faizinə təsir etməyəcəyi bildirilib.
Nazirlik qeyd edib ki, Qazaxıstanın ABŞ-a əsas ixrac məhsulları – neft, uran, gümüş, ferrolehimlər, tantaldan və titandan ibarətdir və bu kateqoriyalar yeni tariflərdən kənarda qalır.
Astana administrasiyası artıq Ağ Evə ticarət münasibətlərinin yaxşılaşdırılması ilə bağlı təkliflər göndərib və danışıqlara başlamağı gözləyir. Məqsəd – sabit və proqnozlaşdırıla bilən ticarət rejimini qorumaq və milli maraqları müdafiə etməkdir.
Musavat.com
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ