Onlayn ictimai-siyasi qəzet
ABŞ ikinci raund Rusiya–Ukrayna danışıqları üçün İstanbula nümayəndə heyəti göndərməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə "The Atlantic" nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp son günlər Rusiya ilə bağlı yeni sanksiyalar məsələsini köməkçiləri ilə müzakirə etsə də, hələlik konkret qərar verməyib. Prezident danışıqların nəticələrini gözləmək və yalnız bundan sonra addım atmaq niyyətindədir.
Trampın məqsədi prosesin gedişatını izləmək və mümkün irəliləyişləri qiymətləndirməkdir. Lakin o, hazırda ABŞ nümayəndələrinin danışıqlarda birbaşa iştirakını məqsədəuyğun hesab etmir.
Musavat.com
01 Iyun 2025
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ