Onlayn ictimai-siyasi qəzet
ABŞ Kənd Təsərrüfatı Nazirliyi ABŞ-a tədarükün təhlükəsizliyinin təmin edilməsi ilə məşğul olan 70 əcnəbi mütəxəssisi işdən çıxarıb.
Musavat.com xəbər verir ki, məlumatı Reuters Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsinə istinadən yayıb.
Nümayəndə bildirib ki, həmin şəxslər öz ölkələrindən işləyirdilər. Onlar Rusiya, Çin, Şimali Koreya və İrandan olub: "ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi nazirliklə müqavilələr üzrə işləmək səlahiyyəti olan şəxsləri hərtərəfli yoxlayıb və narahatlıq doğuran ölkələrdən 70-ə yaxın şəxsi müəyyənləşdirib”.
O, işdən çıxarılan işçilərin bir daha nazirliyin layihələrinə qayıda bilməyəcəyini vurğulayıb. Çıxarılan şəxslər öz ölkələrində qalmaqla nazirliyin Kənd Təsərrüfatı Tədqiqatları Xidmətində işləyirdilər, əksəriyyəti Çindən olan işçilərdir.
İyulun 8-də ABŞ kənd təsərrüfatı naziri Bruk Rollins ABŞ-ın əkin sahələrinin Çin və digər "xarici düşmənlərə" satışına qadağa tətbiq etdiyini açıqlayıb. O, təsdiqləyib ki, Amerika administrasiyasının yeni qərarları təkcə Çinə deyil, digər “narahatlıq doğuran ölkələrə” də aiddir. Rollins nümunə olaraq Rusiya, Şimali Koreya, İranı “və başqaları” deyib.
Musavat.com
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ