İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ordusu bu ölkədən ÇIXIR - Bazalar BAĞLANIR

ABŞ Suriyadakı hərbi varlığını geniş miqyasda azaltmağa başlayıb. Belə ki, ölkədə iki hərbi baza bağlanıb, biri isə kürd Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətinə verilib.

Musavat.com xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi “Al Arabiya” telekanalına məlumat verib.

Onun sözlərinə görə, artıq təxminən 500 amerikalı hərbçi ölkəni tərk edib. Qalan qüvvələr müəyyən nöqtələrdə cəmləşdiriləcək. Pentaqon bu addımı “düşünülmüş və təhlükəsiz” adlandırıb.

Məlumata görə, “Mission Support Site Euphrates” bazası SDQ-yə təhvil verilib, “Mission Support Site Green Village” isə tamamilə bağlanıb. Üçüncü obyektin adı açıqlanmır.

ABŞ kürd qüvvələrinin nəzarətində olan ərazilərdə 2015–2018-ci illər arasında 9 hərbi baza və 3 post yaradıb. Hələ aprel ayında Vaşinqton Suriyadakı hərbçi sayını 1000 nəfərdən aşağı salmaq niyyətində olduğunu bildirib.

Qeyd edək ki, martın 10-da Suriya Demokratik Qüvvələri və müvəqqəti Suriya administrasiyası, SDQ qüvvələrinin hökumət ordusuna birləşdirilməsi barədə razılıq imzalayıb. Razılaşmaya əsasən, Suriyanın şimal-şərqindəki bütün strateji obyektlər, o cümlədən qaz və neft yataqları Dəməşqdə formalaşan yeni administrasiyanın nəzarətinə keçməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR