Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın keçmiş Pentaqon müşaviri Kolduell bildirib ki, Donald Trampın Ukraynaya silah tədarükünü dayandırması Vaşinqtonun milli maraqları və ordu təhlükəsizliyindən irəli gəlir.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, ABŞ-ın Ukraynada maraqları məhduddur və bu səbəbdən Tramp bu çətin, amma zəruri qərarı verib.
“Tramp amerikalı hərbçilərin təhlükəsizliyi və döyüş hazırlığına üstünlük verdi, bu səbəbdən də nadir tapılan sursatların Ukraynaya göndərilməsini müvəqqəti olaraq dayandırdı”, – deyə Kolduell vurğulayıb.
Ekspertin açıqlamasına görə, bu qərar ABŞ-ın resurslarını daha effektiv və strateji şəkildə yönləndirməsi üçün atılıb.
Musavat.com
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ