İnsanlara hürriyət, millətlərə istiqlal!

Adəm Məmmədov həbsdə qaldı - cəzaçəkmə müəssisəsinə köçürüləcək

Vəkillik fəaliyyəti dayandırılmış və həbs edilmiş Adəm Məmmədov azadlığa çıxmaq üçün barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Musavat.com xəbər verir ki, Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barələrində çıxarılmış hökmdən apellyasiya şikayəti veriblər.

Məmmədov qardaşları barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

Vəkil Asim Abbasov bildirib ki, Bakı Apellyasiya Məhkəməsində bu gün keçirilən sonuncu iclasda qərar açıqlanıb:

“Məhkəmə Adəm Məmmədov və qardaşına verilmiş cəzanı qanuni hesab edərək qərarı qüvvədə saxlayıb. Bununla hökm qanuni qüvvəyə minmiş hesab olunub”.

Adəm Məmmədov yaxın günlərdə cəzasının qalan hissəni çəkmək üçün cəzaçəkmə müəssisəsinə köçürülməlidir.

Qeyd edək ki, Adəm Məmmədov və Xəyyam Məmmədov birgə rəhbərlik etdikləri saytda tanınmış vəkil Ceyhun Yusifovu ağır cinayətdə ittiham etmişdilər. Yusifovun xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasında Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, Adəm Məmmədov və qardaşından şikayətçi vəkil Ceyhun Yusifov olub. Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib.

Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı Xəyyam Məmmədova isə 6 ay müddətə islah işləri cəzası verilib.

Xatırladaq ki, Ceyhun Yusifovla bağlı Adəm Məmmədovun qardaşının təsisçisi olduğu saytda həqiqətə uyğun olmayan məlumat yer almışdı. Ceyhun Yusifov bu məlumatların yalan və böhtan olduğunu bildirərək məhkəməyə üz tutmuşdu.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətinə dayandırılmışdı.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR