İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev amerikalılara qida yardımı proqramı üçün maliyyə axtarır - Tramp

Hökumətin maliyyələşməsinin dayanması(şətdaun) səbəbindən Ağ Ev Amerika vətəndaşlarına Əlavə Qidalanma Yardımı Proqramına (SNAP) vəsait ayırmaq üçün qanuni səlahiyyətə malik deyil.

Musavat.com xəbər verir ki, bunu prezident Donald Tramp Truth Social hesabında yazıb: "Vəkillərimizə SNAP-ı qanuni olaraq necə maliyyələşdirə biləcəyimiz barədə məhkəmədən mümkün qədər tez hüquqi izahat istəmələrini tapşırdım. Demokratlar hökuməti aylıq ödəniş müddətinə qədər bağlı saxladıqları üçün bu proses artıq kifayət qədər gecikib, ona görə də dərhal qərar alsaq belə, təəssüf ki, ödənişlər ştatlar vəsaiti alana qədər gecikəcək".

Amerika lideri qeyd edib ki, əgər məhkəmə müvafiq hüquqi istiqamət verərsə, Ağ Ev hərbi və hüquq-mühafizə orqanları üçün ödənişlərdə olduğu kimi, maliyyələşdirməni təmin etməkdən şərəf duyacaq.

Qeyd edək ki, bundan əvvəl Nyu-York qubernatoru ştat ərazisində SNOP proqramını maliyyələşdirmək üçün fövqəladə vəziyyət elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR