İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Ukraynaya “Tomaqavk” verilməsini müzakirə edir

Vaşinqton administrasiyası Ukraynaya təhvil verilməsi üçün NATO-nun digər ölkələrinə “Tomaqavk” qanadlı raketlərinin tədarükü imkanlarını müzakirə edir.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens Fox News-a müsahibəsində deyib.

Onun sözlərinə görə, son qərarı ABŞ prezidenti Donald Tramp verəcək: "Siz Tomahawk haqqında soruşursunuz. Bununla bağlı son qərarı prezident verəcək. Prezident ABŞ-ın maraqlarına uyğun olanı edəcək. Bu, onun xarici siyasət və müdafiə sahəsində qərarlarının arxasında duran hərəkətverici qüvvədir. Biz də Tomaqavk haqqında bu suala cavab vermək üçün eyni məntiqdən istifadə edəcəyik. Qoy prezident bu barədə danışsın, amma mən bilirəm ki, biz bunu hazırda müzakirə edirik”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR