Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası başlayıb.
Əsasən Feysbuk və "X" sosial şəbəkələrində İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin guya əl çaldığı haqda məlumat tirajlanır.
Halbuki sözügedən görüntülər Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı çəkilib.
Xatırladaq ki, Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı zamanı əsasən müsəlman ölkələrinin diplomatları zalı tərk edib.
Bundan əvvəl Türkiyənin bəzi media qurumlarında guya Bakının İsrailin "Eurovision"dan uzaqlaşdırılacağı təqdirdə Azərbaycanın da bu yarışmadan imtina edəcəyini bildirdiyi haqda yalan yayılıb.\\Modern.az
29 Sentyabr 2025
28 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ