İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya və Türkiyə təhlükəsizlik qüvvələri İdlibdə İŞİD-ə qarşı əməliyyat keçirib

Türkiyə kəşfiyyatı, Daxili İşlər Nazirliyinin Terrorla Mübarizə Bürosu və Suriya Daxili Təhlükəsizlik Xidməti Suriyada İslam Dövləti (İŞİD) tərəfdarlarına qarşı əməliyyat keçirib. Musavat.com Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, 14 şübhəlidən 8-i öldürülüb.

Bildirilir ki, "İŞİD terror təşkilatının tərəfdarı olan 14 nəfərdən ibarət ailənin vətəndaşımız Binəli Aslana məxsus avtomobili icarəyə götürərək Suriyaya keçdiyi, daha sonra onu öldürdüyü müəyyən edilib. Şübhəlilər Suriyanın İdlib vilayətinin Atma şəhərindəki ünvanda olublar. Daxili İşlər Nazirliyinin Milli Kəşfiyyat Xidməti və Suriya Daxili Təhlükəsizlik Xidməti ilə birgə keçirdiyi əməliyyat zamanı təslim olmaq çağırışlarına cavab olaraq atəş açdıqdan sonra başlayan qarşıdurmada səkkiz şübhəli öldürülüb, ikisi yaralanıb, dördü isə sağ-salamat əsir götürülüb”.

Nazirlikdən verilən məlumata görə, şübhəlilər Türkiyəyə ekstradisiya edilib. Türkiyənin Mersin vilayətində öldürdükləri avtomobil sahibinin cəsədi torpağa basdırılıb. Hadisəni törədənlərin əvvəllər evlərində qaldıqları iki Ankara sakini də saxlanılıb.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

28 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR