Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Parakar kəndinin başçısı Volodi Qriqoryan və onun dostu, kriminal axtarış şöbəsinin əməkdaşı Karen Abramyanın qətli ilə bağlı cinayətkar saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat yayıb. Onun sözlərinə görə, 20 yaşlı Gevorq Arutyunyan cinayəti törətdiyini etiraf edib.
Rəsmi açıqlamaya əsasən, şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib və istintaq davam etdirilir. Hadisənin motivləri barədə hələlik əlavə məlumat açıqlanmayıb.
Qeyd edək ki, Parakar kəndinin başçısı və polis əməkdaşının qətli ölkə ictimaiyyətində ciddi rezonans doğurub.
Musavat.com
29 Sentyabr 2025
28 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ