İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Qəzza üzrə sülh razılaşmasını sona çatdırmaq istəyirəm”

ABŞ prezidenti Donald Tramp bazar ertəsi İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirilməsi planlaşdırılan görüş ərəfəsində açıqlama verib.

Musavat.com xəbər verir ki, Reuters-in məlumatına görə, Tramp Qəzza ilə bağlı sülh prosesini sona çatdırmaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, qarşıdakı görüşdə əsas mövzu məhz bölgədə sülhün təmin olunması olacaq.

“Biz Qəzza üzrə sülh razılaşmasını mümkün qədər tez yekunlaşdırmaq istəyirik. Bu, həm İsrail, həm də fələstinlilər üçün mühüm nəticələr verəcək”, – deyə Tramp bəyan edib.

Məlumata görə, görüşdə tərəflər yalnız Qəzza məsələsini deyil, regional təhlükəsizlik və ABŞ-İsrail əməkdaşlığını da müzakirə edəcəklər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

28 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR