İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ağ xalat”lı cəllad - anasına görə SSRİ hərbçilərindən qisas alıb

Odessa vilayətində yaşayan, partiya üzvü olmayan, əvvəllər məhkum olunmamış, 1946-cı ildə Çerepovets estakadasında tibb bacısı işləyən Yelena Qanı içki məhv edib. Lenin küçəsindəki yataqxanada ziyafət zamanı o, sərxoş halda yüksək səslə deyib: “Sovet hökuməti anamı 10 il müddətinə azadlıqdan məhrum edib, mən onların hərbi əsirlərini öldürəndə bu sovet əclaflarından qisas aldım”.

Bu sözlər dərhal yerli əməliyyatçılara çatdırılıb və bundan sonra istintaq başlayıb. Məlum olub ki, qadın nasist Almaniyası dövründə hərbi əsirlərin üzərində təcrübə aparılan xəstəxanaların birində işləyib.

II dünya müharibəsindən sonra Almaniyadan Sovet İttifaqına çoxlu repatriant axını gəlib. Keçmiş hərbi əsirlərlə yanaşı, milyonlarla dinc sakin də öz vətənlərinə qayıdıb. Müharibə zamanı zorla özgə torpaqlara sürgün edilənlər, həmçinin keçmişini ehtiyatla gizlədən şəxslər, Almaniyanın bölmələrində xidmət edib, lakin 1945-ci ilin mayına qədər mülki geyimə keçməyi bacaranlar da evlərinə dönüblər.

1bbed80c21b05c0e42cee33f74120fee.jpg (73 KB)

Kütlənin içərisindən nasistlərlə əməkdaşlıq edənlərin hamısını müəyyən etmək mümkün olmayıb. Rəsmi yoxlamadan keçdikdən sonra izdiham qatarlara minərək şərqə gedib. Hərəkət azadlığı məhdud olan xüsusi köçkünlər fərqli yaşayıblar. Ağac kəsməyi bacaranlar gündə 10-12 saat işləyib, şəhərlərdə məskunlaşanlar üçün isə həyat daha asan olub. Onlar içki məclislərində iştirak etmək və geyim-kecim əldə etmək imkanı qazanıblar

Yelena Karlovna Qun müharibədən əvvəl Odessa yaxınlığında kompakt şəkildə yaşayan varlı alman kolonistləri ailəsində dünyaya gəlib. 1937-ci ildə atası güllələnib, anası isə antisovet ajiotajı yaratmaq ittihamı ilə 10 il müddətinə düşərgələrə göndərilib. Ancaq bu, o vaxta qədər əsas tibbi təhsil almağı bacaran Yelenanın özünə təsir etməyib. O, Odessa şəhər xəstəxanasında işləməyə davam edib və hətta böyük tibb bacısı vəzifəsinə təyin edilib.

scale_2400.jpeg (87 KB)

Almaniya-Rumıniya hərbi birləşmələri şəhərə daxil olduqdan sonra, Yelena özü repressiyaya məruz qalan valideynləri haqqında danışmağı unutmayaraq nasistlərə öz xidmətlərini təklif edib. Onunla söhbət edən alman zabit razılıqla başını tərpədib və dərhal ona Almaniya xəstəxanasında baş tibb bacısı vəzifəsini təklif edib. Yelena 1944-cü ilin yazına qədər orada işləyib, yaxşı qidalanıb və maaş alıb.

Top gurultusu şərqdən eşidilməyə başlayanda Qun Düsseldorfda məskunlaşıb. O, rəsmi olaraq Almaniya vətəndaşlığı və yeni pasport alıb, yerli xəstəxanada baş tibb bacısı kimi işləyib. Burada həm alman əsgərləri, həm də əsir düşmüş, yaralı sovet hərbçiləri yerləşdirilib. Bu blokun reputasiyası pis olub: orada hərbi əsirlərlə o qədər də yaxşı rəftar edilməyib, onlara qeyri-insani təcrübələr üçün istifadə edilən material kimi baxıblar.

042025-16042025xbedac60b-84056080.jpg (79 KB)

Yelena Qunun ifadəsində qeyd olunub: “Demək olar ki, hər gün həkim Pletenberqin rəhbərliyi altında bir neçə yaralı əsgər öldürülürdü. Bu, belə ediliirdi: 10-20 mq zəhər şprislə qol və ya ayaq damarlarına yeridilirdi. Həmin şəxs dərhal qaralmağa başlayır və 10-15 dəqiqədən sonra şiddətli qıcolmalarda ölürdü. Adətən ikinci gün alman həkimlər zəhərli maddələrin təsirini öyrənmək üçün cəsədləri yarırdılar. Deyirdilər ki, zəhər ilk növbədə beyinə və ürəyə təsir edib...”

Qadın özü həm istintaqda, həm də məhkəmədə yalnız bir ölümcül iynə vurduğunu etiraf edib.
“Pletenberq mənə şpris verib yaralı əsgərin bud nahiyəsinə iynə vurmağı əmr edəndə, itaətsizlik etməyə cürət etmədim. Amma kişinin etdiyi iynədən qıcolma keçirdiyini görəndə, dəhşətdən “huşunu itirdim. Bundan sonra mənə daha “iynə vurmaq” etibar edilmədi”, - qadın ifadəsində bildirib.

gun_e58.jpg (61 KB)

Lakin həmin dövrdə əsir olan hərbçilərdən bəziləri qadının yalan danışdığını deyib. Yelena Qun həmişə bütün proseslərdə iştirak edib. Bəzi əsirlər onun təkcə iynə vurmaqla yox, meyitlərin yarılmasında yaxından iştirak etdiyini, təcrübə üçün xüsusilə sovet hərbçilərini seçdiyini deyiblər.

Digər tərəfdən, o, 350 marka məvacib alıb. Halbuki, o dövrdə Vermaxtdakı sıravilər 30-40, leytenant rütbəsi olan zabitlər isə 220 marka alıblar. Voloqda qarnizonunun hərbi tribunalı Yelena Qunu əmlakı müsadirə olunmaqla ölüm cəzasına məhkum edib. Təqsirləndirilən şəxsin kassasiya şikayətinə baxan SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası cəzanın yüngülləşdirilməsi üçün heç bir əsas tapmayıb. Qərar 1946-cı il oktyabrın 11-də həyata keçirilib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR