İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-də siyasi BÖHRAN - Makron və Şolts bu məsələdə RAZILAŞA BİLMİR

Avropa İttifaqında (Aİ) müdafiə siyasəti ilə bağlı yeni fikir ayrılığı yaranıb.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Nəşr yazır ki, Fransa və Almaniya Aİ-nin 150 milyard avroluq hərbi modernizasiya planının icrası ilə bağlı əsas məsələlərdə ortaq mövqeyə gələ bilmir.

Müzakirəyə bu vəsaitlərin Aİ hüdudlarından kənarda istehsal olunan silahların alınmasına sərf oluna biləcəyi sualı səbəb olub.

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, bu vəsait yalnız Aİ daxilində istehsal olunan hərbi məhsullara yönləndirilməlidir. Onun fikrincə, bu addım həm Avropanın müdafiə sənayesini gücləndirəcək, həm də Aİ ölkələrinin xarici tədarükçülərdən asılılığını azaldacaq. Makron vurğulayıb ki, Avropa öz hərbi imkanlarını inkişaf etdirməli və bu vəsaiti ittifaq daxilində müdafiə boşluqlarını aradan qaldırmaq üçün istifadə etməlidir.

Almaniya kansleri Olaf Şolts isə fərqli mövqe sərgiləyir. O, hesab edir ki, Aİ-yə üzv dövlətlər üçün ayrılan bu maliyyələşmə yalnız Aİ istehsalçıları ilə məhdudlaşmamalıdır. Şoltsun fikrincə, Böyük Britaniya, Norveç, İsveçrə və Türkiyə kimi tərəfdaş ölkələr də bu prosesdə iştirak etməli və onların hərbi texnika və silah sənayesinə də maliyyə ayrılmalıdır. Almaniya kansleri bunun Avropanın müdafiə qabiliyyətini daha çevik və effektiv şəkildə artıracağını düşünür.

Məsələ ilə bağlı yekun qərarın nə zaman veriləcəyi hələ dəqiqləşməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

23 May 2025

BÜTÜN XƏBƏRLƏR