Onlayn ictimai-siyasi qəzet
Bir neçə gün əvvəl evlənən Türkiyə millisinin və Portuqaliyanın "Benfika" klubunun futbolçusu Kərəm Aktüroğlunun toyundan yeni fotolar yayılıb.
BAKU.WS xəbər verir ki, Ceren Azak adlı xanımla ailə həyatı quran idmançının toy şəkilləri marağa səbəb olub.
Belə ki, Cerenin əlində saxaldığı nigah şəhadətnaməsinin yanındakı sənəd xeyli diqqət çəkərək müzakirələr yaradıb. İzləyicilərin bəziləri bunun dini nigah sənədi olduğunu iddia ediblər.
Xatırladaq ki, cütlüyün toyu bu il mayın 29-da Kocaeli şəhərində keçirilib.
Toydan lentə alınan yeni fotoları təqdim edirik:
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ