İnsanlara hürriyət, millətlərə istiqlal!

Alen Simonyandan SON DƏQİQƏ açıqlamaları - sabah belə...

Ermənistan parlamentinin sədri Alen Simonyan növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac görmədiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, parlamentdə jurnalistlərlə söhbətində bildirib.

“Seçkilərə cəmi 8 ay qalıb. Eşidirik ki, müxalifət növbədənkənar seçkilərdən danışır. Onlar özləri də bilirlər ki, seçilməyəcəklər və uduzacaqlar”, - deyə Simonyan jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, iqtidar partiyası “Vətəndaş sazişi” istəsə, sabah belə növbədənkənar seçkilərə gedə bilər, lakin bunun heç bir mənası yoxdur.

“Xalq bizə 5 illik mandat verib. Növbədənkənar seçkilər keçirmək xalq qarşısında ədalətsizlik olardı”, - deyə o vurğulayıb.

Simonyan əlavə edib ki, əvvəllər partiyanın 50+1 faiz səs qazanacağına əmin idisə, indi 2021-ci il seçkilərindən daha yüksək nəticə əldə olunacağına əmindir.

Onun sözlərinə görə, bu nəticəyə təsir edəcək amillərdən biri də 8 avqustda ABŞ-da imzalanmış sazişdir.

“Biz hətta marş da keçirə bilərik”, - deyə Alen Simonyan əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR