İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya ABŞ-ın “mühazirələrini” rədd etdi – kanslerdən açıq bəyanat

Almaniya kansleri Fridrix Merz amerikalı sahibkar İlon Mask, eləcə də Vaşinqton administrasiyasının Almaniyadakı vəziyyətlə bağlı tənqidlərini rədd edib.

Musavat.com xəbər verir ki, kansler Fox News telekanalının efirində ölkəsinin mühazirələrə ehtiyacı olmadığını vurğulayıb: "Bizdə söz azadlığı var. Hər kəs parlament seçkilərində namizədliyini irəli sürə bilər. Ona görə də kənardan mühazirələrə ehtiyacımız yoxdur. Biz bunu özümüz idarə edə bilərik". O, jurnalistin İlon Mask, ABŞ vitse-prezidenti J.D.Vens və dövlət katibi Marko Rubionun Almaniyanı tənqid etməsini şərh etmək istəyinə cavab olaraq deyib: "Almaniya yetkin demokratiyadır. İkinci Dünya Müharibəsindən sonra amerikalılara çox şey borcluyuq, lakin eyni zamanda, biz 75 ildən çox müddət ərzində çox sabit demokratiya olduğumuzu sübut etmişik". Xatırladaq ki, Mask bu il Almaniyada baş verən daxili siyasi hadisələri fəal şəkildə şərh edib.

O, Almaniyanın keçmiş kansleri Olaf Şolsu cahil adlandıraraq, ölkəni böhrandan yalnız Almaniya üçün Alternativ (AfD) partiyasının xilas edə biləcəyini deyib. Vens mayın əvvəlində Almaniya hakimiyyətinin AfD-ni məhv etməyə çalışdığına əmin olduğunu bildirib. O, bu bəyanatı Almaniya Konstitusiyasının Müdafiəsi üzrə Federal Bürosunun “Almaniya üçün Alternativ”i ideologiyası demokratik azadlıqlarla bir araya sığmayan sağçı ekstremist təşkilat kimi təsnif etməsindən sonra verib. Rubio isə bu qərarı demokratik normalara zidd və “maskalı tiranlığın” təzahürü adlandırmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR