İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya ordunu ikiqat gücləndirir – Könüllü hərbi xidmət qayıdır

Almaniya altı aylıq könüllü hərbi xidmət tətbiq etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Yeni təşəbbüs Almaniyada ehtiyatda olan hərbçilərin sayını iki dəfə artırmağı hədəfləyir.

Qeyd edək ki, Almaniyada ümumi hərbi xidmət 2011-ci ildə ləğv edilmişdi. İndi isə ölkənin təhlükəsizlik strategiyası və regional gərginlik fonunda, Berlin ordunu gücləndirmək üçün könüllü xidmət sisteminə qayıtmaq niyyətindədir.

Rəsmilər hesab edirlər ki, bu addım NATO qarşısında öhdəliklərin yerinə yetirilməsində və milli müdafiənin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR