İnsanlara hürriyət, millətlərə istiqlal!

"Amaliya Pənahova həmin geyimə 1000 dollardan çox xərclədi"

Rejissor Aqil M.Quliyev mərhum Xalq artisti Amaliya Pənahovanın sonuncu filmindən danışıb.

"Efirdən kənar" proqramında qonaq olan rejissor hələ də filmin təqdim edilməmə səbəbindən danışıb. O bildirib ki, filmin ilk çəkilişlərindən 12 il keçib:

"Həyatımın filmini 2011-ci ildən başlayaraq 12 il ərzində hissə-hissə çəkdim. Onu başlayanda texnologiya başqa idi. Hazırda onu tamamlamağı düşünürəm. Qədim türk mifologiyası üzərində qurulub. Bir, iki il işlədim, başa düşdüm ki, bizim publika buna hazır deyil. Kiməsə bununla bağlı nəsə deyəndə anlamırlar. 5 il əvvəl bu sahənin adlı-sanlı adamı ilə söhbət edəndə bu haqda danışırdım, amma xəbəri yox idi ki, qədim türk runik yazısı nədir?

Ekran işində Amaliya Pənahova çəkilib. Şaman onun son roludur. Qəliz bir qrim idi, özü bunu istəmişdi. Geyiminə həmin vaxt min dollardan artıq xərclənmişdi. Düzgün olmayan bir element belə yox idi".   (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR