Onlayn ictimai-siyasi qəzet
Türkiyədə FETÖ-yə qarşı aparılan mübarizə çərçivəsində daha bir irimiqyaslı əməliyyat keçirilib.
Musavat.com xəbər verir ki, TRT Haber-in yaydığı məlumata görə, Ankara şəhərində 33 nəfər saxlanılıb.
Saxlanılanlar arasında 20 nəfər hazırda fəaliyyət göstərən və keçmiş dövlət qulluqçuları da var. Onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə ittiham olunurlar.
Hüquq-mühafizə orqanları daha 5 nəfərin axtarışını davam etdirir. Onların evlərində aparılan yoxlamalar zamanı yerində tapılmadıqları bildirilib.
Ankara polisi əməliyyatların davam edəcəyini açıqlayıb. Təhlükəsizlik qüvvələri bu əməliyyatı FETÖ-nün dövlət qurumlarına sızma cəhdlərinə qarşı “önləyici zərbə” kimi qiymətləndirir.
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ