Onlayn ictimai-siyasi qəzet
Zəngəzur dəhlizi reallaşarsa, bu, Avropadan Asiyanın dərinliklərinə qədər uzanan davamlı nəqliyyat marşrutunun vacib hissəsinə çevriləcək.
Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli həmkarı ilə birgə mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, Zəngəzur dəhlizi Türkiyəni Qafqaz və Xəzər dənizi vasitəsilə türk dünyası ilə birləşdirən əsas halqaya çevriləcək. Eyni zamanda, bu marşrut türk dünyasını Türkiyə vasitəsilə Avropa ilə, daha sonra isə Asiyanın dərinlikləri ilə birləşdirəcək.
“Bu çoxfunksiyalı marşrut olacaq. Mən hesab edirəm ki, Vaşinqtonda əldə olunan razılaşma çox mühüm və əlverişli hadisədir və ümid edirəm ki, dəhliz yaxın gələcəkdə həyata keçiriləcək”, - deyə Hakan Fidan qeyd edib.
Musavat.com
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ