İnsanlara hürriyət, millətlərə istiqlal!

Araz Ağalarov Bakıda: oğlu Emin onu ilk dəfə “Sea Breeze” ilə tanış etdi – VİDEO

Tanınmış azərbaycanlı iş adamı, milyarder Araz Ağalarov hazırda Bakıda səfərdədir.

Musavat.com xəbər verir ki, bu barədə məlumat onun oğlu, məşhur müğənni və “Sea Breeze” layihəsinin rəhbəri Emin Ağalarovun rəsmi Instagram hesabında paylaşılıb.

Emin Ağalarov atasını ilk dəfə olaraq “Sea Breeze” şəhərciyi ilə yaxından tanış edib. O qeyd edir ki, atası bu əraziyə sonuncu dəfə 7 il əvvəl gəlib və o zaman indiki miqyasda heç bir infrastruktur yox idi.

Atabala Ağalarovlar sahildə yerləşən bu müasir kompleksdə elektrik avtomobili ilə gəzərək layihənin müxtəlif məkanlarını nümayiş etdirib, eyni zamanda maraqlı video çəkilişlər də aparıblar.

Aşağıda həmin görüntüləri təqdim edirik:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR