Onlayn ictimai-siyasi qəzet
Moskvada 39 yaşlı Areq Şpexyanın naməlum şəxslər tərəfindən oğurlanmasında istifadə olunan xüsusi siqnallı "Mercedes" markalı avtomobil Kiyev şossesində saxlanılıb.
Musavat.com xəbər verir ki, hadisə yerinə çox sayda polis cəlb olunub. Məlumata görə, avtomobilin hərəkət etməsinin qarşısı tam şəkildə alınıb – DYP-yə məxsus altı ekipaj və bir avtobus (avtozak) avtomobili hər tərəfdən mühasirəyə alıb.
Qeyd edək ki, Areq Şpexyan Moskvanın Üç Vağzal meydanından zorla maşına mindirilərək naməlum istiqamətə aparılmışdı. Oğurluqla bağlı istintaq davam edir.
Musavat.com
@@TVmusavat/116496@@
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ