İnsanlara hürriyət, millətlərə istiqlal!

Argentina Londona üz tutdu: 200 illik dava yenidən gündəmdə

Londonun Çaqos arxipelaqını Mavrikiyə təhvil verməsindən sonra Argentina hakimiyyəti Britaniyanı mübahisəli Malvin (Folklend) adaları ilə bağlı danışıqları bərpa etməyə çağırıb.

Musavat.com xəbər verir ki, çağırış Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb: “Bu kontekstdə Argentina bir daha Böyük Britaniyanı BMT Baş Assambleyasının 2065 saylı qətnaməsi ilə müəyyən edilmiş Malvin adaları, Cənubi Corciya adaları, Cənubi Sandviç adaları və ona bitişik dəniz ərazilərinin suverenliyi ilə bağlı danışıqları bərpa etməyə çağırır”.

Argentina Xarici İşlər Nazirliyinin məlumatına görə, Böyük Britaniya və Mavriki arasındakı razılaşma bu cür mübahisələrin sülh yolu ilə həll oluna biləcəyini göstərən nümunədir: "Söhbət dekolonizasiya prosesində tarixi əhəmiyyət kəsb edən hadisədən gedir".

Qeyd edək ki, mayın 22-də Böyük Britaniyanın Baş naziri Kir Starmer Mavriki ilə Hind okeanının mərkəzində yerləşən Çaqos arxipelaqının onun suverenliyinə verilməsi haqqında sazişin imzalandığını elan etdi. Müvafiq razılaşma Dieqo Qarsiya adasında Britaniya-Amerika hərbi bazasının saxlanmasını nəzərdə tutur.

Atlantik okeanının cənub-qərbində yerləşən Folklend adaları (Malvin adaları) 200 ildir ki, Argentina və Böyük Britaniya arasında ərazi mübahisəsinin predmeti olub. 1982-ci ilin aprelində ölkələr arasında silahlı qarşıdurma baş verib. Cənubi Amerika respublikası iki ay yarım davam edən döyüşlərdə 649 hərbi qulluqçusunu itirərək, məğlubiyyətə uğradı. Britaniya tərəfi 255 itki verib.

2013-cü ilin martında arxipelaq sakinlərinin böyük əksəriyyəti referendumda ərazinin krallığın nəzarətində qalmasına səs verib. Argentina plebisitin nəticələrini tanımayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR