İnsanlara hürriyət, millətlərə istiqlal!

Ata və oğulun həyatını itirdiyi binadan SON görüntülər - FOTOLAR

2024-cü ilin dekabr ayında Sumqayıt şəhərinin 13-cü mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış hələ də şəhər sakinlərinin yaddaşından silinməyib.

Səhər saat 06:40 radələrində baş verən faciə nəticəsində 6 nəfər xəsarət almış, onlardan iki nəfər – 1977-ci il təvəllüdlü Ramin Əliyev və onun 14 yaşlı oğlu Ayxan Əliyev həyatını itirmişdi.

İlkin araşdırmalara görə, partlayışa səbəb mənzildə baş verən qaz sızması olmuşdu. Nəticədə binanın birinci girişi ciddi dağıntıya məruz qalmışdı. Hadisədən dərhal sonra təxminən 100 sakin təxliyə edilmiş, təhlükəsizlik tədbirləri görülmüşdü.

Evləri tamamilə dağılan sakinlərə birbaşa kompensasiya ödənilərək başqa ərazilərə köçmələri üçün şərait yaradılmış, mənzilləri nisbətən zədələnmiş sakinlərə isə kirayə qalmaq üçün 6 aylıq vəsait ayrılmışdı.

Musavat.com-un əməkdaşı partlayışdan sonra binanın və sakinlərinin taleyi ilə maraqlanıb.

Sakinlərin sözlərinə görə, evləri yararsız hala düşənlərə kompensasiya ödənilib:

“Bir otaqlı ev üçün 55 min manat, iki otaqlı üçün 70 min manat, üç otaqlı ev üçün isə 90 min manat verildi. Mənzilləri təmir edilə bilən sakinlər 6 aydır ki, kirayə qalırlar. Evləri yaşayış üçün yararlı vəziyyətə gətirildikdən sonra onlar geri qayıdacaqlar. Tamamilə dağılan giriş isə sökülərək binanın digər hissələrindən ayrılacaq”.

Musavat.com binadan son görüntüləri təqdim edir.

Şahanə Rəhimli
Musavat.com
Fotolar müəllifindir

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR