Onlayn ictimai-siyasi qəzet
Genişlənmə üzrə Avropa komissarı Marta Kos Vladimir Zelenskini dünən imzaladığı, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAPO) müstəqilliyini məhdudlaşdıran qanunu ləğv etməyə çağırıb. Musavat.com-un məlumatına görə, Kos Polşanın ingilisdilli TVP World kanalına müsahibəsində deyib: “Vladimir Zelenskiyə və onun hökumətinə mesajım bundan ibarətdir ki, mən narahatam”. TVP jurnalistinin Kiyev hakimiyyətinin bu təşəbbüsü ləğv etməli olub-olmaması ilə bağlı sualına məmur belə cavab verib: “Bəli, görəcəyik, amma əla olardı. Korrupsiyaya qarşı mübarizə Aİ-yə daxil olmaq yolunda əsas tələblərdən biridir və dövlətdə müstəqil antikorrupsiya qurumlarının və təşkilatlarının mövcudluğu bunun üçün ilkin şərtdir”.
Prezident Vladimir Zelenski isə atılan addımı Ukraynanın antkorrupsiya qurumlarını Rusiya təsirindən çıxarmaq məqsədi ilə izah edib. O, Ukrayna Ali Radasına hüquq-mühafizə sisteminin möhkəmliyini təmin edəcək qanun layihəsi təklif edəcəyini bildirib. Bu barədə o, Telegram kanalında məlumat verib: "Hüquq-mühafizə orqanlarının fəaliyyətinə Rusiyanın heç bir təsiri və ya müdaxiləsi olmayacaq və ən əsası, antikorrupsiya qurumlarının müstəqilliyi üçün bütün normalar qüvvədə olacaq. Və mən həqiqətən də bizim hüquq-mühafizə orqanları və antikorrupsiya qurumlarının rəhbərlərindən ibarət qrupumuzdan və Ukraynanın Baş Prokurorundan gözləyirəm ki, bu normaları prezidentə təklif etsinlər, biz qanun layihəsini dövlət transformasiya strategiyasının bir hissəsi olaraq həyata keçirəcəyik”.
O əlavə edib ki, hüquq-mühafizə orqanlarının rəhbərləri birgə “Ukraynada qanunun gücünü artıra biləcək” fəaliyyət planı təklif edəcəklər: "Əlbəttə ki, bu günlərdə insanların nə dediyini hamı eşitdi - sosial şəbəkələrdə, bir-birinə, küçələrdə. Bütün bunların bir səbəbi var. Biz bütün narahatlıqları, nəyin dəyişdirilməli olduğu və nəyin gücləndirilməli olduğu ilə bağlı bütün aspektləri təhlil etdik".
Prezident həmçinin qeyd edib ki, rəsmi şəxslər və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə bir sıra görüşlər keçirib. Xüsusilə, SBU, NABU, SAP, DİN, NAPC, SBI və Baş Prokurorla: "Mənim üçün hər kəsin öz arqumentlərini verməsi vacib idi. Onların bir-birlərinə uzun müddətdir yığılanları söyləmələri vacibdir. Mən komanda işi və cəzanın qaçılmazlığı hissini və deməli, Ukraynada ədalət hissi yarada biləcək tədbirlər haqqında razılaşmanı həqiqətən yüksək qiymətləndirirəm".
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ