İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada görünməmiş quraqlıq: Brüssel hərəkətə keçdi

Avropa Komissiyası dərinləşən iqlim böhranı fonunda Avropa İttifaqının üzv dövlətlərini 2030-cu ilə qədər su istifadəsini ən azı 10 faiz azaltmağa çağırıb.

Musavat.com “Politico” nəşrinə istinadən xəbər verir ki, hələlik çağırış yalnız məsləhət xarakteri daşıyır və hüquqi öhdəliklər yaratmır.

Nəşrin yazdığına görə, bu, iyunun 4-də dərc olunmuş “Aİ-nin su davamlılığı strategiyası”nın – proqram sənədinin bir hissəsidir. Orada Avropa rəsmiləri çirklənmə, iqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası nəticəsində “dərin zədələnmiş” su dövranını bərpa etməyə çağırır.

Buna görə də Avropa Komissiyası üzv ölkələri öz milli şəraitlərinə əsaslanaraq “sudan səmərəli istifadə” hədəflərini təyin etməyə çağırır.

Politico-nun yazdığına görə, “su davamlılığı strategiyası” su ilə bağlı çoxsaylı ekoloji problemlər fonunda yaranıb. Xüsusilə, su obyektlərinin asetatlar və nitratlarla çirklənməsi, infrastrukturdan sızan sənaye sularının yaratdığı böyük itkilər, şiddətli quraqlıqlar və qeyri-adi intensiv yağıntılar kimi problemlər qeyd olunur.

İndi Avropa Komissiyasının hər bir Aİ üzvü ilə ölkələr arasındakı fərqləri nəzərə alan “su səmərəliliyinə” nail olmaq üçün ümumi metodologiya hazırlaması gözlənilir. Artıq 2027-ci ildə "ümumi meyarlar" görünməlidir.

Qeyd edək hazırda İspaniya, Portuqaliya və Fransanın cənubu rekord dərəcədə istilərə qərq olub. Bəzi ərazilərdə havanın temperaturu görünməmiş 35-39 dərəcəyədək yüksəlib. Uzun sürən quraqlıq fonunda yüksək temperatur yerli fermerlərin narahatlığına səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR