Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyasının bu gün təsdiq etdiyi Rusiyaya qarşı 19-cu sanksiya paketinin detalları açıqlanıb.
Musavat.com UNIAN-a istinadən xəbər verir ki, məlumatı AK prezidenti Ursula fon der Lyayen açıqlayıb.
Beləliklə, AK paketin bir hissəsi olaraq, Rusiya maye qazının Avropa bazarlarına idxalını qadağan etməyi nəzərdə tutur.
Paketə həmçinin Rusiyanın “kölgə donanması”nın 118 əlavə gəmisinin sanksiya siyahısına salınması daxildir. Hazırda 560-dan çox gəmi sanksiyalar altındadır.
Eyni zamanda “Rosneft” və “Qazprom” kimi böyük enerji ticarəti şirkətlərinin məhsullarının idxalına qadağa qoyulacaq.
Həmçinin Çin də daxil olmaqla üçüncü ölkələrdəki Rusiya neftayırma zavodlarını və oxşar şirkətlər də sanksiya siyahısına salınacaq.
Sanksiyadan yayınmaya qarşı mübarizəni gücləndirmək üçün üçüncü ölkələrdə əlavə Rusiya bankları üçün əməliyyatlara qadağalar qoyulacaq.
Üçüncü ölkələrə, o cümlədən Çinə Rusiya müdafiə sənayesinə yardım üçün məhdudiyyətlər tətbiq olunacaq.
Siyahıya 45 Rusiya və xarici şirkət daxildir.
Musavat.com
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ