İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan kartları olan ruslar polisə çağırılır


Rusiya polisi Qazaxıstanda buraxılmış bank kartlarının sahiblərini dindirilmək üçün çağırır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, insanlar sentyabrda çağırış vərəqələrini almağa başlayıblar.

“Ostorozhno Novosti”nin məlumatına görə, polisin çağırdığı şəxslərin sayı hələlik məlum deyil. Rusiya Daxili İşlər Nazirliyi prosesə mindən çox rusiyalının cəlb edilə biləcəyinə aydınlıq gətirib.

Onlardan bəzilərinə Qazaxıstanda işin açıldığı bildirilib, lakin bu məlumatın rəsmi təsdiqi yoxdur.

Ruslar 2022-ci ildən sonra Rusiyada Visa və Mastercard-ın fəaliyyəti dayandırıldığı üçün Qazaxıstanda kütləvi şəkildə bank kartları almaqdan ötrü müraciət etməyə başlayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR