Onlayn ictimai-siyasi qəzet
Ötən gün “Avroviziya” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi baş tutub. Müsabiqədə diqqətçəkən məqam isə Ermənistan təmsilçisinin səhnəciyinin dəyişməsi olub.
Xatırladaq ki, Ermənistan təmsilçisinin çıxışı üçün hazırlanan səhnəcikdə arxa fonda iki böyük qurğu yerləşdirilmişdi. Onlardan biri Ermənistanın kontur xəritəsini, digəri isə Azərbaycanın Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu əhatə edən əraziləri xatırladırdı.
Performans zamanı bu iki qurğu “birləşir” və erməni müğənni üzərinə çıxaraq, emosional şəkildə “zəfər” nümayiş etdirirdi.
“Avroviziya” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova Musavat.com-a açıqlamasında qeyd etmişdi ki, təxribatla bağlı tədbir görüləcək:
“Sizcə, bu boyda həngaməni görməzdən gələ bilərdikmi? İkinci yarım final gözəl olacaq”.
Ötən gün yayımlanan yarımfinalda isə erməni iştirakçının çıxışı və zirehli geyiminin dəyişdirildiyi, qurğuların yığışdırıldığı diqqət çəkib.
Könül
Musavat.com
17 May 2025
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ