Onlayn ictimai-siyasi qəzet
"Ədalətli Rusiya - Həqiqət uğrunda" (ƏRHU) partiyasının lideri Sergey Mironov bildirib ki, onun fraksiyası ictimai yerlərdə digər ölkələrin dövlət rəmzlərindən istifadəni məhdudlaşdıran qanun layihəsi üzərində çalışır.
Musavat.сom xəbər verir ki, siyasətçinin sözlərinə görə, bu gün istənilən şəxs istənilən dövlətin bayrağını və ya gerbini asa bilər, istər Ukrayna, istər ABŞ, istərsə də Azərbaycan.
Onun fikrincə, bundan Rusiya ilə birlik hissi hiss etməyən diasporlar istifadə edir ki, bu da millətlərarası nifaqın qızışdırılmasına kömək edə bilər.
Musavat.com
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ