İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan sərhədində həyəcan! İrandan və Rusiyadan insan axını gözləntisi - VİDEO

İranla İsrail arasında son günlərdə kəskinləşən hərbi-siyasi qarşıdurma bölgədə genişmiqyaslı humanitar təxliyələrə səbəb olub. İranın hava məkanını bağlaması, xarici ölkə vətəndaşlarının quru yollarla ölkəni tərk etməsinə yol açıb. Azərbaycan bu baxımdan əsas tranzit və təxliyə məntəqələrindən birinə çevrilib.

Musavat.com xəbər verir ki, ABŞ Dövlət Departamenti artıq İranı tərk etmək istəyən 300-dən çox Amerika vətəndaşına kömək göstərib.

Onların bir hissəsi Azərbaycan üzərindən çıxarılıb. Diplomatik məlumatlara əsasən, 84 nəfər artıq Azərbaycana daxil olub, 774 nəfərə isə giriş icazəsi verilib. Təxliyələr əsasən Astara sərhəd-keçid məntəqəsi vasitəsilə həyata keçirilir.

Təhlükəsizlik səbəbindən Çin, Yaponiya, Avstraliya, Yunanıstan və Bolqarıstan kimi ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları da İrandan çıxarılaraq Azərbaycana yerləşdirilib. Bu, Azərbaycanı regional humanitar təxliyələr üçün önəmli mərkəzə çevirib.

Bəzi qeyri-rəsmi mənbələrdə "qaçaq yolla" ölkəyə keçidlərin arta biləcəyi ehtimalı səsləndirilir. Bəs, Azərbaycan Respublikası ərazisinə daxil olan şəxslərin hüquq və məsuliyyəti necə olacaq?  

Eyni zamanda, Rusiyadan miqrantlarla bağlı üzücü xəbərlər alırıq. Yaxın günlərdə Moskvada azərbaycanlıların çalışdığı bazara silahlı hücum olub. Əli silahlılar bazarda çalışan azərbaycanlılar daxil olmaqla qeyri-rus millətindən olanları hədələyiblər, onların Rusiyada yaşamasını, işləməsini istəmədiklərini bildiriblər. İyunun 30-dan etibarən əcnəbilərlə bağlı  yeni qaydalar tətbiq edilməyə başlayacaq. Yeni qaydalarda nələr var? 

Hüquqşünas Ramil Süleymanov  "TV Musavat"ın qonağı olub, həm Azərbaycanın miqrasiya siyasəti, həm də vətəndaşların hüquqlarına dair əhəmiyyətli fikirlər səsləndirib.

Musavat.com həmin videomaterialı təqdim edir:

Afaq Mirayiq,
Rafət Şahbazov,
Tofiq Balayev

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR