İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana dost ölkədə kirayə qiymətləri rekord həddə çatdı

Böyük Britaniyada yeni kirayə axtaran şəxslərin ödəməli olduğu orta aylıq məbləğ son beş ildə 400 funt sterlinqdən çox artaraq rekord həddə çatıb.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, “Rightmove” daşınmaz əmlak portalının bu ilin ikinci rübünə dair hesabatına görə, London istisna olmaqla, ölkə üzrə orta aylıq kirayə haqqı 1,365 funt sterlinq təşkil edir.

Londonda isə bu rəqəm daha yüksəkdir. Burada elan olunmuş kirayə haqqının orta aylıq qiyməti 2,712 funt sterlinqdir. Bu, ötən illə müqayisədə 1,9 faiz artım deməkdir.

Bununla belə, bölgələrdəki kirayə artım tempi yavaşlayıb. London istisna olmaqla, ölkədəki evlər üçün orta kirayə qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 3,9 faiz artıb. Bu, 2020-ci ildən bəri qeydə alınan ən aşağı illik artım göstəricisidir.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR