İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 92 min 896 tibb işçisi fəaliyyət göstərir

2009-cu il tarixli Prezident Fərmanının icrası çərçivəsində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislər 5 ildə bir dəfə sertifikasiyaya cəlb olunurlar.

Musavat.com-un məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev Milli Məclisdə çıxış edərkən bildirib.

Nazir rəhbərlik etdiyi qurum tərəfindən Milli Məclisin Səhiyyə Komitəsinə təqdim edilən “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda dəyişiklik layihəsinin müzakirəsi zamanı bu barədə məlumat verib.

Səhiyyə naziri bildirib ki, 2024-cü ildə 18 min 502 tibb işçisi sertifikasiya imtahanında iştirak edib:

“2025-ci ilin əvvəlinə olan məlumata görə, ölkədə ümumilikdə 92 min 896 tibb işçisi fəaliyyət göstərir. Onlardan 35 min 233 nəfəri həkim, 57 min 663 nəfəri isə orta tibb işçiləridir.

Bu ilin ilk dörd ayında isə 5 min 498 nəfər imtahanlara qatılıb və onların 91%-i ilk cəhddə müvəffəqiyyət qazanıb. Birinci cəhddə uğursuz olanların 95%-i ikinci imtahandan uğurla keçib”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR