Onlayn ictimai-siyasi qəzet
Bərdədə yol qəzası baş verib.
Musavat.com xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, rayonun Mollaisalar kəndində "Hyundai" markalı minik avtomobilinin yol kənarındakı qaz borusuna çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri və qaz borusundan sızan qaz yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
06 May 2025
03:06 Genetik kodlarla yazılmış talelər: Qohum evlilikləri ilə bağlı sərt tədbir görülməsi vacibdir?
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ