Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda mənşəyi Rusiyaya bağlı olan və manipulyativ məlumatlar yayan "Azeri Time" və "Azeri Voice" adlı Facebook səhifələri bağlanıb.
Musavat.com xəbər verir ki, bu addım Azərbaycan Elektron Təhlükəsizlik Xidmətinin "META" şirkətinə təqdim etdiyi rəsmi şikayət əsasında atılıb.
Məlumata görə, sözügedən səhifələr Rusiya ərazisindən idarə olunaraq Azərbaycanda ictimai rəyə təsir göstərməyə yönəlmiş dezinformasiya xarakterli materiallar yayırdı.
Rəsmilər bu kimi resursların ölkənin informasiya təhlükəsizliyi üçün ciddi təhdid yaratdığını və bu cür cəhdlərə qarşı mübarizənin davam edəcəyini bildiriblər.
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ