Onlayn ictimai-siyasi qəzet
İyunun 11-i axşam saatlarında Hövsan-Türkan yolunda 51 yaşlı kişinin meyiti aşkarlanıb. İlkin məlumata görə, o, avtomobil tərəfindən vurulub və nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən qaçıb.
Hadisə şahidinin bildirdiyinə görə, həlak olan şəxs mühafizəçi işləyirdi:
"Ağ rəngli VAZ-2107 onun üzərindən keçib. Polis hadisə yerinə çatanda sürücü artıq orada yox idi. Həmin şəxs Türkan sakini deyil, bir sahibkarın evində mühafizəçi kimi qalırdı".
Daxili İşlər Nazirliyindən bildirilib ki, iyunun 11-i axşam saatlarında paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi avtomobillə yol kənarında hərəkətdə olan piyada, 1974-cü il təvəllüdlü Famil İsmayılovu vurub:
"Sürücü daha sonra hadisə yerindən yayınıb. Piyada isə aldığı xəsarətlərdən dünyasını dəyişib. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanı vuran VAZ-2107 markalı avtomobilin sürücüsü, 1980-ci il təvəllüdlü Vüqar Nadirov saxlanılaraq istintaqa təqdim edilib".
Ətraflı Baku TV-nin süjetində:
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ